• $
  • £

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb
07.04.2023 13:13
2022-ci ildə 2021-ci illə müqayisədə Azərbaycanla Qazaxıstan arasında xarici ticarət dövriyyəsi 4,4 dəfə artaraq $598,4  mln  təşkil edib. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan hökumətlərarası Komissiyasının Bakıda keçirilən 19-cu toplantısında bildirib. 
 
"Azərbaycanla Qazaxıstan arasında  xarici ticarət dövriyyəsi 4,4 dəfə artaraq keçən il 598,4 mln dollar təşki edib. Bura əsasən  ticarət sahəsinə qoyulan invenstisiyalar, maşınqayırma, metallurgiya, yeyinti sənayesi məhsularının idxalı və ixracı daxildir. Bizim strateji imkanlarımız ölkələrimiz arasında ticarət dövriyyəsini bir qədər də artırmağa imkan verir",  -  Pərviz Şahbazov bildirib. 
 
Nazir həmçinin yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxstana səfərinin planlaşdırıldığını da vurğulayıb.  
 
Onun sözlərinə görə, Bakı Astana ilə Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlıqda maraqlıdır.

Nazir bildirib ki, Azərbaycan regionda yeni tranzit nəqliyyat imkanları, o cümlədən Zəngəzur dəhlizi çərçivəsində Qazaxıstanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. 

"Nəqliyyat və logistika əlaqələrinin inkişafı ölkələrimizin tranzit potensialının artırılması, Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya yüklərin daşınması üçün mühüm əhəmiyyət kəsb edir. Biz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində, eləcə də yeni tranzit-nəqliyyat imkanları, o cümlədən gələcəkdə Yaxın Şərqin bir hissəsi olacaq Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq”, -  Şahbazov  bildirib.

Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarinin sözlərinə görə, Qazaxıstan dəyəri $300 mln dollar olan 110 adda məhsulun siyahısını Azərbaycan tərəfinə təqdim edib və onların Azərbaycana ixracını təşkil etməyə hazırdır. 
 
"Qazaxıstan həmçinin  Azərbaycan şirkətlərinə bu məhsulların ixdxalı iləüçün tələb olunan nəqliyyat xərclərini bağlamaq üçün uzunmüddətli kredit verməyə də hazırdır. Bu məqsədlə regionda ilk dəfə Qazaxstanda İxrac Agentliyi yaradılıb", - Jumanqarin bildirib. 
 
Onun sözlərinə görə, aprelin 5-də Azərbaycanda Qazaxıstan şirkətləri ilə ümumi dəyəri $55 mln  olan 8 kontrakt imzalanıb.
 
O həmçinin  qeyd edib ki, Qazaxıstan Azərbaycana taxıl idxalını da artırmaq niyyətindədir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol