İran səfirliyinin “persona-non-qrata” elan edilən əməkdaşları Azərbaycanı tərk edib
Azərbaycan hökuməti tərəfindən "persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.
Dplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.
Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.
Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər.
Aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox