• $
  • £

Tehran iranlı diplomatların Bakıdan çıxarılmasından yazdı

Tehran iranlı diplomatların Bakıdan çıxarılmasından yazdı
07.04.2023 21:48
Azərbaycan tərəfinin Bakının persona non-qrata elan etdiyi iranlı diplomatlara münasibətdə hərəkətləri mehriban qonşuluq prinsiplərinə ziddir. Bu barədə cümə günü İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi bildirib.

"Biz Azərbaycan Respublikası hökumətinin bu davranışını mehriban qonşuluq prinsiplərinə zidd hesab edirik”, - deyə İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında yazıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bakını "qarşılıqlı hörmət göstərməyə, mehriban qonşuluğa doğru irəliləməyə”, həmçinin "region düşmənləri”, o cümlədən İsrail "sionistləri”ndən "uzaq durmağa” çağırıb.

Aprelin 6-da Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfirliyinin dörd əməkdaşının persona non-qrata elan edildiyini, onlara 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri barədə göstəriş verildiyini açıqlayıb. İran səfirinin "ölkəsinin Azərbaycana qarşı son təxribat fəaliyyətindən qəti narazılığı” ifadə edilib.


Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra səfirlik diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib.

Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb. Son aylar ərzində Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə İranın xeyrinə casusluq və təxribat fəaliyyətində ittiham olunan şəxslərin saxlanılması istiqamətində bir sıra əməliyyatlar həyata keçirib.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol