• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı

Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
10.04.2023 10:29
İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.Bu barədə Fed.az saytı yazıb. 

Bildirilib ki, ümumilikdə satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən «Babək Plaza»da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.


Bankın satışa çıxardığı mənzillər  Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir. Bunlar sahəsi 105 m2 olan 3 otaqlı və sahəsi 164-172 m2 olan 2 ədəd 4 otaqlı mənzillərdir. Mənzillər 18 mərtəbəli binanın 3-4—cü mərtəbələrində yerləşir.


İran bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb. Bank satışı prosesini sürətləndirmək üçün alıcılara kredit də təşkil edir – 30 ilkin ödənişlə qalan məbləğ illik 12% olmaqla 8 illik müddətə kreditlə verilir.


Bank bildirir ki, binalar qaz, işıq, su və liftlə təmin ediliblər.


İran bankının satışa çıxardığı qeyri-yaşayış sahələri daha maraqlıdır. Belə ki, bank ümumilikdə 6 obyekti satışa çıxarıb.


Bunlardan biri Bakının Nizami rayonunda Naxçivanski küçəsində yerləşən 48 kvadratmetrlik obyektdir, onun qiyməti razılaşma yolu ilə olacaq.


Ən böyük obyekt isə Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir, sahəsi 560 kvadratmetrdir. İran bankı alıcılara bildirir ki, bu obyekt bank, klinika, super market, ticarət mərkəzi, restoran üçün münasibdir.


Obyektin qiyməti 1 kvadratmetr üçün 1 dəfəlik ödənişdə 5 min manat, hissəli ödənişdə 5,5 min manatdır, bank mənzillərdə olduğu kimi, bu obyektin satışı üçün də kredit ayırmağa hazırdır. Bu obyekti almaq istəyənlərə 30% ilkin ödəniş olmaqla, illik 12%-lə 8 illik müddətə kredit ayrıla bilər.


İran Milli Bankının Bakıda satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində «Babək Plaza»da (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanı) yerləşən ofis sahələridir.


Ofislə "Babək Plaza”da C blokunda, 3,4,6,7-ci mərtəbələrdə yerləşir və sahələri 185-251 m2 arasında dəyişir. Bank bildirir ki, ofislər yaxşı təmirli və çıxarışlıdır.


İran bankı "Babək Plaza”dakı ofislərin 1 kvadratmetrini birdəfəlik ödənişdə 2100 manata, hissəli ödənişlə isə 2400 manata təklif edir.


Digər obyektlərdə olduğu kimi, "Babək Plaza”dakı ofislərin satışı üçün də kredit təklifi var. Ofisləri almaq istəyənlərə bank 30% ilkin ödəniş olmaqla, illik 12%-lə 8 illik müddətə kredit ayırmağa hazırdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
İqtisadiyyat 10:29
Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - Siyahı
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
İqtisadiyyat 09:19
Azərbaycan, Türkiyə və Qazaxıstan rəsmilərinin I üçtərəfli görüşü keçirilir
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
İqtisadiyyat 10:15
Son 3 ildə Türkiyənin qaza tələbatı artıb - Alparslan Bayraktar
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
İqtisadiyyat 04:47
Samir Şərifovdan neftin qiyməti ilə bağlı AÇIQLAMA - Təşvişə düşməyə ehtiyac yoxdur
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Cəmiyyət 17:42
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol