• $
  • £

ATƏT sədri Azərbaycana gəlir - GÖZLƏNTİLƏR

ATƏT sədri Azərbaycana gəlir - GÖZLƏNTİLƏR
10.04.2023 12:07
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Bujar Osmani aprelin 10-13 aralığında Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə təşkilatın açıqlamasında qeyd olunub. 
 
Aprelin 10-13-ü aralığında Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək ATƏT sədri burada hökumət rəsmiləri, parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcək.
 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov hesab edir ki, Osmaninin Azərbaycana gəlişi heç bir nəticələr verməyəcək. 
 
"Bujar Osmaninin ölkəmizə gəlmə səbəbi ATƏT-in MİNSK Qrupunun yenidən fəaliyyətə başlaması üçün edəcəyi təkliflərlə bağlı ola bilər. Lakin, bu vaxt itkisidir və heç bir mənası yoxdur. Çünki hər şey real addımlar tələb edir. Nəinki ATƏT ondan da böyük təşkilatların problemləri həll etmək gücü və potensiyalı yoxdur. Bu gün dünya beynəlxalq hüquqla deyil, güc ilə idarə edilir. Biz də güc hesabına torpaqlarımızı işğaldan azad etdik. ATƏT sədri Bujar Osmani sədrlik funksiyasını yerinə yetirmək üçün ölkəyə səfər edir. Məqsəd regiona səfər etməsi, hər hansı danışıqlar aparması, vəziyyətin gərginliyi ilə bağlı jestlər etməsidir. Amma özü də yaxşı bilirki, bu jestlər heç bir nəticəyə gətirib çıxarmayacaq", - millət vəkili bildirib. 
 
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edib.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradıldığı bəyan edilib.

 
Zinyət Mehtiyeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol