Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb - Ermənistan MN
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ermənistan ərazisində saxlanılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan hərbi qulluqçunun yanında bir əsgər də olub.
Azərbaycan Müdafiə Nazirliyi aprelin 10-da açıqlama yayaraq bildirib ki, Naxçıvanın Şahbuz istiqamətində əlverişsiz şəraitdə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu itkin düşüb. Axtarış işləri davam etdirilir.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələlik açıqlama verməyib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox