• $
  • £

Cumhuriyyet: OPEC+ hasilatı azaltmaq qərarı neft-dollar sisteminin 'patladığını' göstərir

Cumhuriyyet: OPEC+ hasilatı azaltmaq qərarı neft-dollar sisteminin 'patladığını' göstərir
10.04.2023 16:57
OPEC+ ittifaqına daxil olan bir sıra ölkələrin, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanının gündəlik neft hasilatının həcmini kəskin şəkildə azaltmaq qərarı qlobal neft-dollar sisteminin indiyə qədər düşdüyü qeyri-müəyyən vəziyyəti nümayiş etdirdi. Türkiyənin Cümhuriyyət qəzeti yazır ki, getdikcə daha çox ölkə milli valyutalarla ticarətə hazır olduğunu ifadə etməyə hazırdır ki, bu da dünyanın ehtiyat valyutası - ABŞ dollarının mövqeyini sarsıdır.

Rusiya və Səudiyyə Ərəbistanı ilə yanaşı, digər OPEC+ ölkələri də gündəlik neft hasilatının səviyyəsini azaltmaq planlarını açıqlayıblar. Belə ki, BƏƏ gündəlik hasilatı 144 min barel, Oman - 40 min, Küveyt - 128 min, Əlcəzair - 48 min, İraq - 211 min barel azaldacaq. Ümumilikdə, alyans ölkələri hasilatı azaltmağa hazır olduqlarını bildiriblər.

"OPEC+ qrupunun ABŞ-a məhəl qoymayaraq neft hasilatını azaltmaq barədə beş ay ərzində ikinci qərarı və milli valyutalarla ticarətə başlayan ölkələrin sayının artması fonunda neft-dollar sistemi çatlayır. Səudiyyə Ərəbistanı kimi OPEC ölkələri nefti başqa valyutalarda satmağa qərar versələr, bu, Amerika iqtisadi sisteminin çökməsi və böyük fəlakət demək olacaq” deyə, köşə yazarı Mehmet Əli Güllər ABŞ Maliyyə nazirinin keçmiş köməkçisi Monika Kroulinin sözlərinə istinad edərək yazır.

Hazırda ABŞ hakimiyyət orqanları artan dövlət borcu üzrə ödənişləri bir səbəbə görə dayandırmır - qlobal maliyyə sistemində ABŞ dollarının inhisarçılığı. Bu monopoliya olmasa, ABŞ-da daxili iqtisadi vəziyyət kəskin şəkildə pisləşəcək, məqalə müəllifi iddia edir.

"Nə qədər ki, dollar monopoliyası var, ABŞ istədikləri qədər pul çap edə bilər, götürdükləri və alacaqları kreditlər isə kağız və boya qədər olacaq... Lakin dollardan uzaqlaşma tendensiyası artdıqca , ABŞ valyutasının qlobal gücü yox olacaq və ABŞ iqtisadi çıxılmaz vəziyyətə düşəcək”, -  Güller söyləyib.

Aprelin 9-da Bloomberg sənaye mənbələrinə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanı faktiki olaraq qlobal neft bazarında öz oyun qaydalarını diktə edir. Bu, Ər-Riyadın bir sıra OPEC+ ölkələrində gündəlik xammal hasilatının azaldılması qərarını irəli sürməsi ilə bağlıdır.
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol