Bayden 2024-cü il seçkiləri üçün namizəd olmağı düşünür
ABŞ Prezidenti Co Bayden 2024-cü ildə yenidən seçilmək üçün namizədliyini irəli sürməyi düşünür.
Bayden bu haqda Ağ Evdə keçirilən Pasxa proqramı çərçivəsində qonaq olduğu "NBC News”a danışıb.
2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala Bayden, "Mən namizədliyimi irəli sürməyi planlaşdırıram, lakin hələlik bunu elan etməyə hazır deyilik”, -cavabını verdi.
Qeyd edək ki, məşhur yazıçı Marianne Villiamson Baydenin Demokratik Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs olub.
ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu, vəkil kiçik Robert Kennedinin də seçkilərdə namizədliyini rəsmən elan edəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər