• $
  • £

Ombudsman Aparatının əməkdaşları DQ-nin Ali Hərbi Məktəbinə və N saylı hərbi hissəyə baş çəkiblər

Ombudsman Aparatının əməkdaşları DQ-nin Ali Hərbi Məktəbinə və N saylı hərbi hissəyə baş çəkiblər
10.04.2023 21:08
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində, tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə və Bakı şəhəri Nərimanov rayonunda yerləşən N saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.
 
Ombudsman Aparatından verilən xəbərə görə, başçəkmə zamanı hər iki müəssisənin tibb məntəqəsinə, yeməkxanasına, mətbəxinə, ərzaq anbarlarına, əsgər yataqxanasına, sanitar qovşağına, məişət otaqları və digər obyektlərinə baxış keçirilib. Şəxsi heyət üçün yaradılmış şərait, hərbi qulluqçuların yaxınları ilə əlaqə saxlaması üçün quraşdırılmış taksafon aparatının olması, hərbi qulluqçularla aparılan vətənpərvərlik və ideoloji işlərin keyfiyyəti yerində öyrənilib.

Başçəkmə çərçivəsində Ali Hərbi Məktəbin və N saylı hərbi hissənin şəxsi heyətinə, habelə gənc əsgərlərə Ombudsmanın səlahiyyətləri və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə dair, 24 saat ərzində xidmət göstərən 916 "Çağrı Mərkəzi” barədə məlumat verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Sonda hərbi qulluqçuların hüquqlarının daha səmərəli qorunması, şəxsi heyətlə vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin artırılması üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol