Respondentlərin çoxu Ərdoğanın prezident olacağına əmindir - SORĞU
Türkiyə əhalisinin yarıdan çoxu hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın mayın 14-də keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyinə əmindir. "Optimar” ictimai rəyi araşdırma şirkəti tərəfindən aparılan sorğuya əsasən, iştirakçıların 53,4%-i seçkinin bu nəticəsinə əmindir. Sorğunun nəticələrini çərşənbə axşamı "Hürriyet” qəzeti dərc edib.
Eyni zamanda, rəyi soruşulanların 42,1%-i müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun qalib gələcəyini, 8,3%-i onun "Ölkə Partiyası”nın lideri Məhərrəm İncəni, 1,7%-i isə ATA alyansının nümayəndəsi Sinan Oğanı proqnozlaşdırır.
Sorğu aprelin 1-dən 7-dək birbaşa müsahibə yolu ilə 4745 respondent arasında aparılıb. Rəyi soruşulanların 45,9 faizi Ərdoğana, 43,9 faizi isə Kılıçdaroğluna səs verəcəyini bildirib. Araşdırma iki tendensiya aşkar edib: Türkiyədə prezident seçkilərinin taleyində mühüm rolu gənclər və 15,5%-ə yaxın olan qərarsızlar oynayacaq. Optimarın sözlərinə görə, 18-24 yaşlı gənclərin 13,6%-i Ərdoğana, 15,2%-i Kılıçdaroğluna, 19,5%-i İncəyə, 15,3%-i Oğana səs verməyə hazırdır. Seçkilərdə kimə səs verəcəyi ilə bağlı hələ yekun qərarını verməyənlərin 41,5 faizi Ərdoğana, 31,3 faizi isə Kılıçdaroğluna səs verə bilər.
Analitiklər Türkiyədə prezident seçkilərinin iki turda keçiriləcəyini istisna etmirlər, çünki Türkiyədə dərc olunan əksər ictimai rəy sorğularının nəticələri hələ ki, səslərin bölgüsü ilə bağlı dəqiq təsəvvür yaratmır. Türkiyədə seçkilər mayın 28-də baş tutacaq. 2018-ci il seçkilərində Ərdoğan 52,6% səs toplayaraq prezident vəzifəsini icra edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox