• $
  • £

Müxalifət nümayəndələrini eyniləşdirmək olmaz - Sabir Rüstəmxanlı/VİDEO

Müxalifət nümayəndələrini eyniləşdirmək olmaz - Sabir Rüstəmxanlı/VİDEO
11.04.2023 11:44
Azərbaycanda müxalifət nümayəndələrini eyniləşdirmək olmaz və buna bir sərhəd qoyulmalıdır. Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib. 
 
"Həmkarlarım bu tiribunalardan dəfələrlə müxalifət deyib tənqid edirlər. Mən də müxalifət partiyasının rəhbəriyəm. Azərbaycanın müharibə dövründə apardığı siyasəti müdafiə etmişik. Hansısa bir qrupa görə bütün müxalifəti eyniləşdirmək doğru olmaz. Azərbaycanda milli birliyə ehtiyac var. Cəbhələşmək olmaz. ", - Rüstəmxanlı deyib. 
 
Millət vəkili Azərbaycanın ümumi tarixinin yazılmasını da təklif edib.
 
"Son zamanlar Nəriman Nərimanov, Rəsulzadə üz-üzə qoyulur. Kimin ağlına nə gəlirsə onu da deyir. Təklif edirəm ki, obyektiv bir tarix yazılmalıdır. Azərbaycanın rəsmi mövqeyi təbliğ olunmalıdır. Harda nə gəldi danışmaq olmaz", - millət vəkili vurğulayıb. 
 
Deputat Aydın Mirzəzadə Sabir Rüstəmxanlının çıxışına cavab olaraq bildirib ki, belə bir tarix yazılıb. Sadəcə onu kim necə istəyirsə elə də başa düşür. 

Milli Məclisin sədri Sahibə Qafarova Sabir Rüstəmxanlıya cavab olaraq söyləyib ki, xalqın gözü tərəzidir. Hər kəsin fəaliyyəti göz qabağındadır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 19:16
Ərdoğan İlham Əliyevə zəng edib
Əraqçi Ceyhun Bayramova zəng edib
Siyasət 19:06
Əraqçi Ceyhun Bayramova zəng edib
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Siyasət 18:10
Azərbaycan və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol