Misir Rusiyaya gizli şəkildə raket göndərməyi planlaşdırır
Misir prezidenti gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır və bu məlumatın gizli saxlamağı tapşırıb. Bu barədə UNİAN-da məlumat yayılıb.
"Amerikanın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri və ABŞ-dan əsas yardım alan Misir prezidenti Əbdül Fətah əs-Sisi bu yaxınlarda öz tabeliyində olanlara gizli şəkildə Rusiyaya göndərilmək üçün 40 minə qədər raket istehsal etməyi əmr edib”, - şəbəkəyə sızmış The Washington Post bildirib.
Sənədin bir hissəsində Sisi ilə Misirin yüksək rütbəli hərbi qulluqçuları arasında iddia edilən danışıqların məzmunu, həmçinin Rusiyaya artilleriya mərmiləri və barıt verilməsi planlarından bəhs edilib.
Məxfi məlumatlarla bağlı adının açıqlanmasını istəməyən ABŞ hökumətinin sözçüsü raket ixracı təşəbbüsünə istinad edərək, bu planın həyata keçirilməsindən xəbəri olmadığını deyib.
"Rusiyaya Ukraynadakı müharibəsi üçün silah vermək Misir üçün potensial partlayıcı addım olardı. Misir Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, Amerika ilə tərəfdaşlığına dərin sərmayə qoymağa davam edir” - WP bilidirib.
Rusiyanın Ukraynaya müdaxiləsi bütün dünyada xammal qiymətlərini artırıb və son illərdə buğdanın 80%-dən çoxunu Rusiya və Ukraynadan təmin edən dünyanın ən böyük buğda idxalçısı Misirə ciddi təzyiq göstərib. Ukrayna ilə bağlı məlumatların şəbəkəyə sızması ABŞ-ın müttəfiqləri ilə münasibətlərində böhrana səbəb olub.
Zinyət
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər