• $
  • £

Qarabağ erməniləri Azərbaycan sülhməramlıları ilə görüşə razıdır

Qarabağ erməniləri Azərbaycan sülhməramlıları ilə görüşə razıdır
11.04.2023 13:58
Azərbaycan öz ərazisində yeni görüş keçirilməsini təklif edib. Ermənistan isə görüşdə Rusiya sülhməramlılarının iştirakında israrlıdır. Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Qarabağdakı ermənilər Rusiya sülhməramlılarının missiyası vasitəsilə humanitar məsələlərin müzakirəsi üçün RHK komandanlığının vasitəçiliyi ilə onların yerləşdirilmə yerində görüşün keçirilməsi barədə təklifi göndərib. 
 
Fevralın 24-də Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrinin sülhməramlıların iştirakı ilə ilk görüşü baş tutub.
 
Görüş zamanı Dağlıq Qarabağda istehlakçıların elektrik enerjisi və qaz təchizatının bərpasına dair razılıqlar əldə olunub. 
 
Daha sonra martın 1-də baş tutan görüşdə elektrik enerjisinin bərpası və qazın fasiləsiz verilməsi məsələləri müzakirə edilib. Həmçinin Qarabağ ərazisində olan və ermənilərin yaşadığı əraziyə düşən qızıl yataqlarının Azərbaycan ekoloqları tərəfindən ətraf mühitə təsir ilə bağlı monitorinq keçirmək imkanları da nəzərdən keçirilib.
 
Azərbaycan prezident administrasiyası  Qarabağın erməni icması nümayəndələri ilə Bakıda görüş keçirməyi təklif edib. Ermənistan isə danışıqların eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə və eyni yerdə aparılmasını istədiyini bildirib. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan ancaq bu təqdirdə Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə şübhə etməyəcəyini  bildirib. 
 
Zinyət Mehtiyeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol