Azərbaycan Ermənistan sərhəddində gərginlik davam edir - MN
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
"Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır.Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq”, - məlumatda qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox