• $
  • £

KİV: Vaqnerlə müqavilədən imtina edən 100-dən çox əsgər itkin düşüb

KİV: Vaqnerlə müqavilədən imtina edən 100-dən çox əsgər itkin düşüb
11.04.2023 22:49
Səfərbər edilmiş 100-dən çox rusiyalı "Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra Luqansk vilayətində yoxa çıxıb.

Bu barədə "Astra” nəşri hərbçilərin qohumlarına istinadən məlumat yayıb.

Əsgərlərin yaxınları nəşrə bildiriblər ki, bu il aprelin 5-də Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Moskva, Voronej və Tver vilayətlərindən səfərbər edilmiş 500-ə yaxın əsgər üç yük təyyarəsi ilə guya yerli hissəyə köçürülməsi məqsədilə Kurskdan Rostov-na-Donuya göndərilib. Lakin çatandan sonra əsgərləri gizlincə Luqansk vilayətinə yönləndiriblər.

"Ərim və onun səfərbər edilmiş 500 nəfərdən ibarət yoldaşları, əmrə əsasən, "IL-76MD” hərbi yük bortunda Rostov-na-Donuya səhra düşərgəsinə göndərilib. Onları üç göyərtə ilə göndəriblər, hər göyərtədə 170 nəfərdən”, - əsgərlərdən birinin həyat yoldaşı nəşri deyib.

Aprelin 5-də qruplardan biri Staxanov Vaqonqayırma Zavodunun ərazisinə aparılıb və orada səfərbər olunanları irəliyə "itələmək” üçün onları separatçı Cənubi Osetiyanın keçmiş "prezidenti” Anatoli Bibilov qarşılayıb.

Nəşr iddia edib ki, səfərbər olunanlar "Vaqner” ÖHŞ ilə müqavilə bağlamağa məcbur olublar. Bəzi əsgərlər qohumlarına "axmaqcasına satıldıqlarını” yazıblar.

"Artıq bizi avtomatlar altında aparırlar, vəssalam, təzyiq başlayıb.
"Vaqner” ÖHŞ-nin nümayəndələri silahla gəliblər, onların sayı 30-a yaxındır”, - səfərbər olunanlardan biri nəşrə söyləyib.

Jurnalistlər bildiriblər ki, 170 nəfərdən 57-si "Vaqner” ÖHŞ ilə müqavilə imzalamağa razıdır. Lakin eyni zamanda 113 nəfər Luqansk vilayətinə, Krasnaya Talovka kəndindəki Gerasimovski poliqonuna aparılıb. Yaxınlarının verdiyi məlumata görə, aprelin 7-də səfərbərlik yerinə gəldikdən sonra səfərbər olanların telefonları götürülüb. O vaxtdan onlar ünsiyyəti dayandırıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol