Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olundu
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan Azərbaycan ordusunun üç hərbçisi dəfn olunub.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Vidadi Nizami oğlu Zalov Bakının Saray qəsəbəsində, Elşad Qabil oğlu Həsənov Ağstafada Xətai kəndində torpağa tapşırılıb.
Şəhid Səbuhi Tağıyevin cənazəsi Naxçıvana göndərilib. Naxçıvan Beynəlxalq Hava Limanında şəhid Səbuhi Tağıyevin cənazəsinin qarşılanma mərasimi olub.
Şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb. Səbuhi Tağıyev həmin qəsəbənin qəbiristanlığında dəfn olunacaq.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşündə Ermənistanla sərhəddə dünən baş vermiş insidenti İrəvanın qəsdən törətdiyi təxribat kimi qiymətləndirib.
Ermənistanın aprelin 11-də olan təxribatı planlaşdırılmış şəkildə baş verib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
''İlkin rəylərə görə bu planlaşdırılmış təxribat olub Ermənistanın xüsusi korbus komandirinin orda olması buna sübutdur. Təxribata səbəb isə prezidentin hadisədən bir gün əvvəl Qazaxıstanda sülh ilə bağlı danışıqların aparılmasıdır- nazir vurğulayıb.
Nazir bildirib ki, Ermənistan Laçında olan inkişaf və məcburi köçkünlərin məskunlaşmasının qarşısının alınması üçün tez-tez belə təxribatlar törədirlər. Ermənistan belə addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq.

Aytac Zeynalova
www.anews.az