Azərbaycanda yaşayanlar üçün dayanıqlı sülh təmin olunmalıdır- ATƏT-in sədri
Azərbaycanda yaşayanlar üçün dayanıqlı sülh təmin olunmalıdır. Tərəflər sülh əsaslı mexanizmlərdən istifadə etməlidir. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 12-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycan və Ermənistan arasındakı münaqişələr sülhlə həll olunmalıdır. Biz müsbət şəkildə yeni addımlar atmağa çalışırıq. ATƏT olaraq bu təşəbbüslər ənənəvi çağırışlardır. Bunu daha əvvəl yaşamışıq. Döyüş meydanından uzaqlaşmağa, danışıqlar masasına yaxın olmağa çağırırıq. ATƏT-in sədri olaraq tərəflərə yardım etmək istiqamətində işləməyə çağırırıq", sədr bildirib.
Görüşdə həmçinin Azərbaycanla Şimali Makedoniya arasında nəqliyyat, enerji və qarşılıqlı maraq doğuran digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin Azərbaycana ilk səfəridir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox