Laçında təxribat zamanı yaralanan hərbçilərin sayı açıqlanıb
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini attəşə tutması nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi yaralanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur", - nazirliyin açıqlamasında deyilir.
Çərşənbə axşamı Ermənistan-Azərbaycan sərhəddində baş verən münaqişə zəmnində Azərbaycan Ordusunun 3 əsgəri şəhid olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox