Palata sədri deputatların iradlarına cavab verdi
Millət vəkilləri tərəfindən sistemli şəkildə Hesablama Palatasına heç bir təklif daxil olmayıb. Bunu Hesablama Palatasının sədrdi Vüqar Gülməmmədov Milli Məclisdə İqtisadiyyat,siyasət və senayə komitəsinin iclasında Hesablama Palatasının hesabatına münasibət bildirən deputatlara cavab olaraq bildirib.
"9 ildir ki, Hesablama Palatasının sədriyəm. Hələ deputatlar tərəfindən sistemləşmiş şəkildə bir təklif daxil olmayıb Palataya. Yalnız iki deputatın ayrı-ayrılıqda təklifi olub. Nöqsanların təkrarlandığı hər il deyilir. O dövrdən bu dövrə görülən iş nədən ibarət olub ki, nöqsanlar təkrarlanmasın? Özümüzə də baxaq ki, biz bu dövrdə hansı ciddi bir iş gördük ki, bu işlər də təkrarlanmasın?", - qurum sədri deyib.
Sədr vurğulayıb ki, audit yoxlamalar sivil yoxlamarın üsuludur və bura hüquq mühafizə orqanların fəaliyyətini daxil etmək doğru olmaz.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox