İnam Kərimovun federasiya prezidenti kimi fəaliyyəti dayandırılıb
İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb.
AAAF-dən verilən məlumata görə, bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib.
Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.
www.anews.az