Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında hökumət saatı zamanı deyib.
Onun sözlərinə görə, iki mərhələ mövcuddur: Madrid prinsiplərinin qəbuluna qədər və ondan sonra: "2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizmi məğz olaraq Azərbaycanla razılaşdırılmalıdır. Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin "möhtəşəm” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib”.
Nikol Paşinyan qeyd edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Respublikası Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. "Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun "bəhrəsi”ni görürük”, - o fikrini izah edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox