• $
  • £

Mirzoyan: Azərbaycanla görüşümüz gözlənilir

Mirzoyan: Azərbaycanla görüşümüz gözlənilir
12.04.2023 20:27
Bölgədə sabitlik və sülhün bərqərar olmasında maraqlı olan tərəfdaşlardan Ermənistan və Azərbaycan tərəfləri arasında görüşlərin təşkili ilə bağlı həmişə təkliflər olub, indi də belə təkliflər var və yaxın gələcəkdə görüşlər keçiriləcək. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada hökumət saatında deyib.

"Biz keçən ilin sonunda Moskvada keçirilməli olan sonuncu görüşümüzü təxirə saldıq. Bu isə Laçın dəhlizinin ğ bağlanması nəticəsində yaranmış vəziyyətə görə baş verib. Burada "təxirə salınmış” sözü əsasdır. İndi biz görüşləri və müzakirələri bərpa etməyə hazırıq”, - deyə Mirzoyan söyləyib.

Xarici işlər naziri vurğulayıb ki, görüşün təxirə salındığı şəraitdə də danışıqlar prosesi kəsilməyib. Bundan sonra Ermənistan və Azərbaycan tərəfləri artıq bir neçə dəfə sülh sazişi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparıb, birbaşa və ya dolayı müzakirələr aparılıb.

"İndi də, bəli, müxtəlif tərəfdaşlar, vasitəçi tərəfdaşlar, regionda sabitlik və sülhdə maraqlı olan tərəfdaşlar dəfələrlə görüşlərimizi yenidən təşkil etməyi təklif ediblər. Hazırda bu görüşlərin keçirilməsi ilə bağlı təkliflərimiz var. Və yaxın gələcəkdə, bəli, belə görüşlər olacaq”, - Mirzoyan qeyd edib.
 
Çərşənbə günü Rusiyanın sözçüsü Zaxarova bildirib ki, Ermənistan və Azərbaycanın Moskvada görüşü gözlənilir.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol