• $
  • £

Fransanın Ermənistanı dəstəkləyən bəyanatına - XİN-dən cavab

Fransanın Ermənistanı dəstəkləyən bəyanatına - XİN-dən cavab
13.04.2023 10:14
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin 12 aprel tarixli bəyanatına dair şərhində bildirib.

"25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.

Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir.
Fransa tərəfini Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq”, - XİN-in məlumatında qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol