İnam Kərimov bu vəzifəsindən ayrılıb
İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb.
Bu barədə AAAF-dən "Report"a bildirilib.
Qeyd olunub ki, bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib.
Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.
www.anews.az