Ermənistan 1991-ci il sərhədindən öz qoşunları geri çəkməyə hazırdır - Paşinyan
Ermənistan öz qoşunlarını 1991-ci il sərhədindən geri çəkməyə hazırdır. Bu barədə cümə axşamı baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Qeyd etməyi zəruri hesab edirəm ki, Ermənistan 1991-ci il sərhədinin bütün xətti boyunca belə bir addım atmağa hazırdır. Azərbaycanın destruktiv yanaşması belə bir qərarın qarşısını alır. O, beynəlxalq müqavilələrə əməl etməmək praktikasını sistemli şəkildə nümayiş etdirir",- baş nazir bildirib.
Paşinyan əlavə edib ki, "bu cür hərəkətlər Praqa üçtərəfli və Soçi dördtərəfli razılaşmalarının məntiqindən irəli gəlir”.
www.anews.az

Çərşənbə axşamı Ermənistanın Laçının Dığ kəndi yaxınlığında iki ölkənin silahlı qüvvələri arasında toqquşma baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb. Azərbaycanın isə hadisə nəticəsində 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox