Azərbaycan ordusunun ikinci əsgəri Ermənistan ərazisində saxlanılıb - Ermənistan MN
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ermənistan ərazisində saxlanılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi tapılaraq saxlanılıb", - məlumatda deyilir.
Ermənistan Müdafiə nazirliyi aprelin 10-da açıqlama yayaraq daha bir Azərbaycan hərbçisinin Ermənistan ərazisinda saxlandığını açıqlayıb. Həmin gün Azərbaycan Müdafiə Nazirliyi iki Azərbaycan hərbçisinin əlverişsiz hava şəraitində azaraq itkin düşməsi barəsində məlumat paylaşıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox