Cənubu Koreya vətəndaşlarına Azərbaycan və Ermənistana getməyi qadağa qoydu
Cənubi Koreya bu gün öz vətəndaşlarının Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarına səyahətini qadağan etmək qərarına gəlib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanat yayaraq bildirib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, 4-cü ən yüksək səyahət xəbərdarlığı səviyyəsi müəyyən edilib. Qadağa 15 aprel şənbə günü qüvvəyə minəcək.
2020-ci ilin avqustundan etibarən 3-cü səviyyəli səyahət xəbərdarlığı verilib. Nazirlik regionda davam edən silahlı münaqişələri nəzərə alaraq bu səviyyəni artırmaq qərarına gəlib.
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yaponiyanın da öz vətəndaşlarına bölgəyə səyahətini qadağan etdiyi bildirilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox