• $
  • £

Rusiya taxıl müqaviləsini uzatmasa Azərbaycanda çörək bahalaşa bilərmi? - TƏHLİL

Rusiya taxıl müqaviləsini uzatmasa Azərbaycanda çörək bahalaşa bilərmi? - TƏHLİL
14.04.2023 21:55
Rusiya Xarici işlər nazirliyi 2023-cü il mayın 18-də Ukrayna taxılının dünya bazarına çıxarılmasını nəzərdə tutan "taxıl müqaviləsi"ni uzatmaq niyyətində olmaması barədə bəyanat yayıb. Rusiya bildirib ki, ancaq onun qoyduğu şərtlər yerinə yetiriləcəyi təqdirdə bu müqavilə uzana bilər. 
 
"Biz mövqeyimizi bir daha təsdiqləyirik ki, beş sistemli problemin həllində heç bir irəliləyiş əldə olunmayıb.  Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin idxalının bərpası, sığorta üzrə məhdudiyyətlərin aradan qaldırılması, limanlara girişə qoyulan qadağanın götürülməsi,Togliatti-Odessa ammonyak boru kəmərinin istismarı, qida və gübrə istehsalı, daşınması ilə bağlı Rusiya şirkətlərinin xarici aktivlərinin və hesablarının blokdan çıxarılması kimi məsələlər həll olunmadığı üçün   mayın 18-dən sonra Qara dəniz təşəbbüsünün daha da uzadılmasından söhbət belə gedə bilməz”, - Nazirliyin bəyanatında deyilir.  
 
"Taxıl müqaviləsi” 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd - Ukraynanın üç limanından (Çernomorsk, Odessa və Yujnı) taxılın ixracı üçün dəhliz yaradılması, eləcə də Rusiya ərzaq və gübrə ixracı sahəsində maneələrin aradan qaldırılmasını nəzərdə tutur.  Təşəbbüsün vaxtı 2022-ci ilin noyabrında 120 gün müddətinə uzadılıb və mayın  18-də başa çatır.
 
Millət vəkili Cavanşir Paşazadənin sözlərinə görə, taxıl müqaviləsinin Azərbaycan  bazarına, çörək qıtlığına heç bir təhlükəsi yoxdur. Çünki, Azərbaycanın kifayət qədər qida ehtiyatları və əkin sahələri var. Bununla belə Paşazadə söyləyib ki, Azərbaycanda çörək bişirmək üçün yararlı olan buğda sortlar yetişdirilmir. 
 
"Respublikada əkdiyimiz buğda və becərdiyimiz məhsullar çörək bişirmək  üçün uyğun olmasa da  bu o demək deyil ki, buğdamız pisdir və ya əkə bilmirik. Mövcud olan hava iqlimi buna imkan  yaratmır. Rusiya və digər ölkələrdə buğdanın yetişmə vaxtı 1 aydırsa, bizdə yay dönəmində 10 günə yetişib quruyur. Bu da buğda istehsalı üçün əlverişli deyil", - Paşazadə bildirib. 
 
Millət vəkili Tahir Rzayevin fikrincə, Rusiya-Ukrayna müharibəsi taxıl idxalını xeyli çətinləşdirib və Azərbaycan bu ölkələrdən ən çox taxıl idxal edən ölkələrdən biridir.
 
"Statistik məlumatlara görə, dünya bazarında taxılın qiyməti 28 % artıb. Bu yüksək bir rəqəmdir və çörəyin, un məmulatlarının qiymətinin artmasına işarədir. Əgər dünyada taxılın qiyməti artırsa, bu Azərbaycana da öz təsirini göstərəcək",  -  millət vəkili deyib. 
 
Rzayev həmçinin söyləyirki, Azərbaycan hökuməti bununla bağlı qabaqlayıcı addımlar da görüb.  Hazırda ölkənin yetərincə buğd ehtiyatı var.
 
"Hal-hazırda  Azərbaycanda çətinlik hiss olunmur. Taxıl ehtiyatlarımız kifayət qədər var və qarşıda taxıl biçini gözlənilir. Əsas  vəzifə  ərzaq buğdasına tələbatı ödəməkdən ötrü əkin sahələrini müəyyən qaydada genişləndirmək və həmin sahələrdə məhsuldarlığın artırılmasına nail olmaqdır. Biz 3-4 il ərzində buğdaya olan tələbatımızı ödəyə bilərik və xaricdən almarıq", - millət vəkili bildirib.  
 
Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Rusiya taxılla bağlı addım atarsa özünə qarşı sanksiya və iqtisadi gərginlik yarada bilər. Odur ki, millət vəkili Rusiyanın kompromissə gedəcəyinə ümidlidir. 

"Rusiyasının bu addımı digər ölkələr tərəfindən də adekvat qarşılanır, bu da Rusiyanın iqtisadiyyatı üçün arzuolanan bir şey vəd etmir", -  Hüseynov vurğulayıb. 
 
Millət vəkili Rüfət Quliyevin sözlərinə görə isə, dünya iqtisadiyyatı tələb-təklif qanunu ilə idarə olunur. Yəni bazarda istənilən məhsul kifayət qədər çoxdursa, tələb təklifi üstələyirsə, qiymətlər artır. Azərbaycanın isə 1 illik taxıl ehtiyatı var. 
 
"Taxılla bağlı istənilən problemlər yaransa dünyadakı taxıl və qida məhsulunun qiymətinə təsir edəcək. Rusiya Ukrayna ilə birlikdə dünya eksportunda taxıl, və gübrə ilə birlikdə 30% payları var. Azərbaycanda elə bir siyasət qurmuşuq ki, maksimum özümüzü sığortalayırıq. Ən azı 1 ilə qədər qida ehtiyatları məhsullarımız var. Artıq biz taxılın alınması tədbirləri ilə də məşğuluq. Başqa ölkələrdən taxıl gətirilməsi ilə bağlı sazişlər var. Öz ehtiyatlarımıza görə qıtlıq hiss olunmayacaq. Azərbaycan qida ehtiyatlarının qiymətini, monitorinq edir, nəzarətdə saxlayır," - Quliyev bildirib.
 
İqtisadçı Akif Nəsirlinin sözlərinə görə,  Ukrayna buğdasının xaricə çıxarılmasını özündə ehtiva edən taxıl müqaviləsi uzadılacaqdır.
 
"Əgər taxıl müqaviləsi uzadılmasa, (əslində bu həm də Rusiyanın iqtisadi maraqlarına cavab verir) ölkə bazarında taxılın qiyməti bahalaşa bilər. Hal-hazırda ölkə bazarında taxıl və buğdanın qiyməti enməkdədir. Avropa bazarlarında buğdanın qiyməti 1 tonu  $400-dan  aşağı düşüb.  Rusiya buğdası $300-a qədər aşağı düşüb. 12,5 % zülallı olan rus buğdasının 1 tonu  $279-a düşmüşdü. Bu hal Rusiyanı narahat edir. Ona görə də Rusiya istəyir ki, müqavilənin uzadılmasına əngəl yaratsın. Əgər taxıl müqaviləsi uzadılmasa, dünya bazarında n qiymətlər bahalaşa bilər",  - Nəsirli bildirib. .

Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir.  
 
İSTİQAMƏT:6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 
Zinyət Mehtiyeva

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol