• $
  • £

Qərb dövlətləri Azərbaycan əsirinə qarşı rəftar pisləyib

Qərb dövlətləri Azərbaycan əsirinə qarşı  rəftar pisləyib
14.04.2023 12:45
ABŞ  Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatlığını ifadə edib.  Bununla bağlı məlumat ABŞ-nin Azərbaycandakı səfirliyinin Facebook  hesabında yer alıb.  

"Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, - məlumatda qeyd edilib. 
 
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld isə Twitter hesabında yazıb ki, Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir.

"Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir",  o bildirib.

Öz növbəsində, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da baş vermiş hadisəyə münasibət bildirərək  Twitter paylaşımında yayılan videonun olduqca acınacaqlı olduğunu vurğulayb.

"Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir", -  o qeyd edib.

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseyn Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Siyasət 17:42
Türkiyə XİN Naxçıvana dron hücumunu pisləyib
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Siyasət 17:22
Qazaxıstan XİN rəhbəri İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə edib
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Siyasət 17:20
Fransa: İranın Naxçıvana dron hücumu qəbuledilməzdir
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Siyasət 16:46
Bayramov Hakan Fidanla Naxçıvandakı vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol