Lavrov və Mirzoyan Ermənistan-Bakı münasibətlərini müzakirə ediblər
Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov Ermənistan-Bakı arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin artırılmasının vacibliyi qeyd edilib. Tərəflər diplomatik xətt vasitəsilə gələcək təmaslar barədə razılığa gəliblər.
Ararat Mirzoyan və Sergey Lavrovun görüşü MDB Xarici İşlər Nazirləri Şurasının Səmərqənddə keçirilən iclas çərçivəsində baş tutub.
Lavrov və Mirzoyan arasında danışıqların təfərrüatları hələ ki açıqlanmayıb. MDB Nazirlər Şurasının növbəti iclasının gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə ona yaxın məsələlər müzakirə edilib. Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər çərçivəsində fikir mübadiləsi aparıblar.
Zinyət Mehtiyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox