• $
  • £

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO
14.04.2023 19:17
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda Gənclər Fondunun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtın səmərəli təşkili istiqamətlərində fikir mübadiləsi aparılıb.

Eyni zamanda 2023-cü il üzrə Fondun Fəaliyyət Planı müzakirə edilərək, təsdiq edilib. Həmçinin, cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar dəstək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllülərinin fəaliyyətinə dair məlumat və video-təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı İlham Əliyev tərəfindən "Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədi ilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib.

Bununla əlaqədar, gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində "Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet səhifəsində https://youthfoundation.az/?p=153672, GencApp  mobil tətbiqi və sosial şəbəkələrdə) yerləşdirilib.

Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.

İclasda həmçinin, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaqdır.

Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə - Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Cəmiyyət 23:30
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Cəmiyyət 23:14
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Cəmiyyət 21:58
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:32
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol