Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Türkiyə Danimarkada Qurani-Kərimə və türk bayrağına qarşı təhqiramiz hərəkətləri pisləyir, bu səbəbdən Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə mətbuatı xəbər verib.
"Söz azadlığı adı altında bu cür çirkin hücumlar yolverilməzdir. Avropada təhlükəli şəkildə artan ksenofobiyanın və İslama nifrətin bariz nümunələri olan nifrət cinayətlərinə qarşı mübarizə səylərimizi şübhəsiz davam etdirəcəyik. Mübarək Ramazan ayında da davam edən bu cür təxribatların qarşısını almaq üçün çəkindirici tədbirlər görmək tələbimizi bir daha bildiririk”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
www.anews.az

Martın sonunda Danimarka səfiri artıq eyni əsasla Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox