Baş Prokurorluq Nikolyanın beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi üçün müraciətlər göndərəcək
Azərbaycanın Baş Prokurorluğu aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş cinayət əməlini törədən Aram Nikolyanın beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlər göndərəcək.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilib.
Vurğulanıb ki, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox