• $
  • £

DSMF-nin sərbəst vəsaitinin investisiya gəlirləri azad edilmiş ərazilərə də yönləndiriləcək

DSMF-nin sərbəst vəsaitinin investisiya gəlirləri azad edilmiş ərazilərə də yönləndiriləcək
17.04.2023 16:08
Dövlət sosial müdafiə fondunun (DSMF) sərbəst vəsaitinin investisiya gəlirlərindən istifadə oluna biləcək istiqamətlər açıqlanıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş "Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydası"nda öz əksini tapıb.

Investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:

- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;

- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;

- Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında Azərbaycan Prezidenti təsdiq edir. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol