• $
  • £

İran İsraili Azərbaycanla münasibətlərini pisləşdirməkdə ittiham edir

İran İsraili Azərbaycanla münasibətlərini pisləşdirməkdə ittiham edir
17.04.2023 16:30
İranla Azərbaycan münasibətlərinin korlanmasının arxasında İsrail dayanır. Bunu bazar ertəsi İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi deyib. 

"Sionist rejim (İsrail nəzərdə tutulur) öz milli təhlükəsizlik strategiyasının regionda qeyri-sabit və təhlükəsiz mühit yaratmaqdan ibarət olduğuna inanır. "Bəzi insanların fikir ayrılıqlarından faydalandıqlarını dərk edərək, İran və Azərbaycan arasındakı diplomatik sahədə biz diplomatik təşəbbüslərlə bu gərginliyi aradan qaldırmağa çalışmışıq”, - XİN rəsmisi bildirib. 

Kənani Çafi vurğulayıb ki, Tehran və Bakı arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, xarici işlər nazirləri üç raund telefon danışığı aparıblar və bu danışıqlar "müsbət şəkildə aparılıb". Tərəflər "mövcud vəziyyətdən çıxmaq və ölkələr arasında münasibətlərin gərginliyini azaltmaq üçün ümumi yanaşma işləyib hazırladılar”.  İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İslam Respublikası Azərbaycanla münasibətləri normala qaytara biləcəyinə ümid edir. 

Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Son aylar ərzində Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə İranın xeyrinə casusluq və təxribat fəaliyyətində ittiham olunan şəxslərin saxlanılması istiqamətində bir sıra əməliyyatlar həyata keçirib. Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilib, onlara 48 saat ərzində Azərbaycanı tərk etmək əmri verilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol