Bu ölkənin səfirləri Rusiya XİN-ə çağrılıb
Kanada, ABŞ və Böyük Britaniyanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya mətbuatı xəbər verib.
Səbəb kimi Rusiyanın işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyət göstərilir.
"Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar ABŞ, Böyük Britaniya və Kanada səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb”, - nazirliyin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi başqa təfərrüat açıqlamayıb.
Bundan əvvəl ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Dövlət Dumasının komissiyasının iclasında iştirak etmək dəvətindən imtina edib.
www.anews.az

ABŞ-ın Rusiya Federasiyasındakı səfiri ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı izahatlar vermək üçün aprelin 18-də Dövlət Dumasında keçiriləcək görüşə dəvət olunub. Deputatlar inkişaf etmiş patogenlərin məqsədini "düşmənə böyük miqyaslı və bərpası mümkün olmayan iqtisadi ziyan vurmaq” adlandırırlar.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox