Laçında inşa olunacaq fərdi evlərin sayı açıqlanıb
Laçında 570 fərdi ev tikiləcək. Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Əgər birinci mərhələdə Laçına 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaq. Beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”,- prezident vurğulayıb.
Laçının Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
"Güləbird və Qoçu kəndlərinin baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yaxın gələcəkdə - bu il və gələn il biz Laçına təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Laçının bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Şəhərin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var,- bu, bir cənnət məkan olacaq. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik", - Prezident vurğulayıb.

Laçın şəhəri 2020-cil dekabrın 1--də işğaldan azad olunub. Şəhər 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu.
Prezident İlham Əliyevin tapşırığına əsasən Laçında yaşayan ermənilər 2021-ci ilin avqustun 25-nə kimi oranı tərk ediblər.

Aytac Zeynalova
www.anews.az