Türkmənistanda Qədr gecəsi şərəfinə 463 məhbus əfv edilib
Türkmənistanda Qədr gecəsi şərəfinə 463 məhbus əfv edilib. Bu barədə TDH dövlət informasiya agentliyi məlumat yayıb.
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov aprelin 15-də əfv fərmanı imzalayıb. Türkmənistan prezidenti hökumətin iclasında Dövlət Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri Beqenç Gündoğdyevə hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə azad edilmiş şəxslərin "çox yaxın vaxtlarda” olmasını təmin etmək üçün tədbirlər görməyi tapşırıb. Əfv olunanların işlə təmin olunması Vilayət, etrap, şəhər hakimləri və digər yerli rəhbərlərə tapşırılıb.
Turkmen.news xəbər verir ki, 2022-ci ildə Qədr gecəsi şərəfinə Türkmənistanda 514 məhkum əfv edilib. Həmin ilin sentyabrında Türkmənistanın müstəqilliyinin 31-ci ildönümü şərəfinə 833 məhkum əfv edilib. 2021-ci ilin mayında Qədr gecəsi şərəfinə 1035 nəfər əfv edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər