Tehran İrandan ən kiçik bir təhlükə olacağı təqdirdə Hayfa və Təl-Əvivi məhv etməklə hədələyib
İsrailin İranın təhlükəsizliyini təhdid edən ən kiçik addımı Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxaracaq. Bunu İran prezidenti İbrahim Rəisi Tehranda Milli Ordu Günü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İran ordusu "əks-inqilabçı ünsürlər, təkfirçi qruplar və düşmənlər qarşısında güclü səddir".
"Xarici qüvvələrin, xüsusən də ABŞ-ın mövcudluğu Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olur. Bu qüvvələr ən qısa zamanda bölgəni tərk etməlidir. Halbuki İran Silahlı Qüvvələri regionda təhlükəsizlik faktorudur”, - Rəisi bildirib.
Eyni zamanda İran prezidenti Təl-Əvivdən gələn təhdidləri aradan qaldırmağa hazır olduğunu vurğulayıb.
www.anews.az

Parad çərçivəsində İranın hərbi qüdrəti, o cümlədən reaktiv yaylım atəşi sistemləri, tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, radar və zenit-raket kompleksləri nümayiş etdirilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər