• $
  • £

Azərbaycanda "Vahid Ümmət" təşkilatı nəyə xidmət edəcək? - AÇIQLAMA

Azərbaycanda
19.04.2023 16:47
Azərbaycanda "Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı adlı yeni dini təşkilat yaradılır. Bu barədə "Vahid Ümmət" Youtube kanalı öz hesabında bildirib.
 
Rəsmi açılışına hazırlaşam təşkilatın YouTube kanalı həmçinin bildirib ki,  yeni yaradılan qurumun  fəaliyyət istiqaməti Vəliyyi Fəqih (İranda Ayətullah Xomeyni tərəfindən yaradılan və indi də hakim siyasi quruluş olan teokratik hakimiyyətin adı) fikirlərinin araşdırılıb tədqiq olunması, Vəliyyi Fəqih fikirlərinin insanlara bəyan olunması və Vəliyyi Fəqih fikirlərinin təhlil olunmasından ibarətdir.
 
Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, bu təşkilatın əsas məqsədlərindən biri ölkədəki bütün ruhanilərin adından çıxış etməkdir.

"Təşkilat Şeyx Bəxtiyar Bayramovun rəhbərlik etdiyi bir ququmdur. Bu qurum "həqiqi dinin meyarları", "İsrail getməlidir" ideyalarının ətrafında birləşib. Həmçinin bu təşkilat "Azərbaynda Kərimə Dövləti" qurmaq ideyasınıda özündə birləşdirir. Təşkilatın hədəfə aldığı nöqtələr içərisində Azərbaycanın təhlükəsizlik orqanları da var", - Əziz Əlibəyli deyib.

Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib.
 
Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir.
 
Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.
 
Son aylar ərzində Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə İranın xeyrinə casusluq və təxribat fəaliyyətində ittiham olunan şəxslərin saxlanılması istiqamətində bir sıra əməliyyatlar həyata keçirib. Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilib, onlara 48 saat ərzində Azərbaycanı tərk etmək əmri verilib. 
 
Azərbaycanın dövlət qurumları hələlik "Vahid Ümmət"  təşkilatının yaradılması barədə xəbərə münasibət bildirməyib. 
 
Eltac Nurullazadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol