• $
  • £

Rəsmi İrəvandan Azərbaycan prezidentini ittiham edən BƏYANAT

Rəsmi İrəvandan Azərbaycan prezidentini ittiham edən BƏYANAT
19.04.2023 16:27
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarını əsas gətirərək Azərbaycanı ittiham edən bəyanat yayımlayıb.
 
"Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də verdiyi bəyanatlar onun erməni tərəfinin və beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylərinə kölgədə qoymaq niyyətini bir daha nümayiş etdirir. Bundan başqa, Azərbaycan Prezidenti öz bəyanatı ilə açıq şəkildə planlaşdırılmış təcavüz və Ermənistan Respublikasının suveren ərazilərinin işğalı faktını etiraf edir, həmçinin Dağlıq Qarabağ əhalisini etnik təmizləməyə məruz qoymaq niyyətlərini açıq şəkildə ortaya qoyur”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Çərşənbə axşamı prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində bildirib ki, Qarabağ erməniləri seçim etməlidir - ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da başqa yaşayış yeri axtarmalıdır. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb. 

"Biz dəfələrlə bəyan etmişik ki, heç bir ölkə ilə daxili işlərimizi müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da başqa yaşayış yeri axtarmalıdırlar. Burada tam azadlıq var, bütün demokratik əsaslar təklif olunur”, -prezident bildirib.

Əliyev söyləyib ki  bu məsələ insan hüquqları əsasında həll edilməlidir.

Ermənistan Xarici İşlər Nazirliyi isə bildirir ki,  "Azərbaycan regionda illərlə yığılıb qalmış problemlərin sabit və uzunmüddətli həll yollarını axtarmaq əvəzinə, gücdən istifadə və güc təhdidi yolu ilə ekstremist ambisiyalarını irəli aparmağa çalışır".
 
"Ermənistan tərəfi dəfələrlə Azərbaycanın yürütdüyü siyasətin sabitliyi pozan perspektivləri barədə xəbərdarlıq edib və beynəlxalq ictimaiyyətin diqqətini beynəlxalq hüquqa əsaslanan dünya nizamı üçün belə fəaliyyət kursunun təhlükəsinə yönəldib”, - Ermənistan XİN əlavə edib.
 
Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər beynəlxalq hüquqa uyğundur.

"Hər hansı bir ölkədə yaşayan etnik məsubiyyətindən asılı olmayaraq istənilən fərd yaşadığı ölkənin qanunlarını qəbul edib, ona tabe olmalıdır. Əks təqdirdə çıxıb getməlidir. Ermənilər isə təəssüf ki, məsələni fərqli müstəviyə çəkməklə Azərbaycanın daxili işlərinə qarışır. Bu yolverilməzdir. Azərbaycanda yaşayan ermənilərin burada qalıb-qalmaması öz işidir. Ermənistanın bu bəyanatı yenidən Azərbaycanda yaşayan erməniləri etnik separatçılığa sövq etməkdir ki,bunun da aqibəti Azərbaycan qanunlarına tabe olmadığına görə Azərbaycanı tərk etmək olacaq. Yaxşı olar Ermənistan Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdən əl çəksin və prezidentin çıxışlarını siyasi manupiliyasiya etməsinlər", - millət vəkili söyləyib. 
 
2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar. Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib. Daha sonra üç ölkənin liderləri regiondakı vəziyyətlə bağlı daha bir neçə birgə bəyanat qəbul ediblər. Azərbaycan və Ermənistan ötən il sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol