• $
  • £

Prezident "YAŞAT" Fonduna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident
19.04.2023 17:50
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) maliyyə dəstəyi haqqında Sərəncam imzalayıb.
 
Sərəncama görə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) 5,0 (beş) milyon manat vəsait ayrılması nəzərdə tutulub. 
 
Aprelin 11-də Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib ki, "Yaşat” Fondunda vəsaitin az olması səbəbindən müraciət edən qazi və şəhid ailələrinə imtinalar edilir. 
 
Deputat Qənirə Paşayeva da təklif edib ki, deputatlar bu ay əmək haqqlarının yarısını "YAŞAT" Fonduna köçürsünlər.
 
Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, "YAŞAT" FOnduna davamlı dövlət qurumları tərəfindən maliyyə dəstəyi göstərilir. Əgər belə bir problem varsa bunu araşdırmaq lazımdır. 
 
"YAŞAT" Fondu 2020-ci il prezidentin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olmaqdır. 
 
Gülnar Nazimqızı 
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol