• $
  • £

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıdı - Nazir sədr təyin olundu

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıdı - Nazir sədr təyin olundu
19.04.2023 18:27
Nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə aşağıdakı tərkibdə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Şuranın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təyin olunub.

Şuranın üzvləri isə aşağıdakı kimidir:

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.

Nazirlər Kabineti bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini, eyni zamanda Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol