Milli Məclisin deputatları Kiyev Milli Universitetində olublar - FOTO
Milli Məclisin deputatları Rüfət Quliyev, Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev, həmçinin Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı Səfirliyinin müvəqqəti işlər vəkili Sabir Rzayev Taras Şevçenko adına Kiyev Milli Universitetində olublar.
Qonaqlarla görüşən ali təhsil müəssisəsinin prorektoru Andrey Qojik və universitetin müəllim-professor heyətinin bir hissəsi Azərbaycan nümayəndə heyətini salamlayıb.
O bildirib ki, Azərbaycan parlamentarilərindən ibarət nümayəndə heyətinin indiki məqamda Ukraynaya səfəri onlar üçün böyük əhəmiyyət kəsb edir. A.Qojik Ukrayna-Azərbaycan arasında tələbə-təhsil mübadiləsinin inkişafından danışıb.
Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib ki, Azərbaycan Ukraynanın 1991-ci ildə BMT-də qəbul edilmiş prinsiplərə əsaslanan ərazi bütövlüyünü dəstəkləyir.
Nümayəndə heyəti universitetdə oxuyan azərbaycanlı tələbələrin vəziyyəti ilə də maraqlanıblar. Həmçinin Azərbaycan diasporunun universitetlə təması da müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox