• $
  • £

Mayda Azərbaycan və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək

Mayda Azərbaycan və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək
19.04.2023 20:04
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Su Byunq-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, innovasiya və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir müavini Samir Məmmədov qeyd olunan sahələrdə ölkəmizdə həyata keçirilən layihələr barədə qarşı tərəfi məlumatlandıraraq, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə təlimlərin təşkili ilə bağlı Koreya ilə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə birgə planlaşdırılan "ağıllı şəhər” layihələrində verilən dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyi bildirilib.

Həmçinin, cari ilin may ayının sonunda Seul şəhərində keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası, iclas çərçivəsində keçiriləcək biznes forum və Koreyanın bir sıra təşkilatları və texnologiya şirkətləri ilə planlaşdırılan ikitərəfli görüşlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Siyasət 16:38
Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
Siyasət 16:32
İlham Əliyev: Azərbaycan İranın Livandakı əməkdaşlarının təxliyəsinə yardım edib
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Siyasət 16:22
İlham Əliyev: Silahlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Prezident İlham Əliyev təcili iclas keçirib
Siyasət 16:15
Prezident İlham Əliyev təcili iclas keçirib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol