• $
  • £

Paşinyan Laçında sərhədin bir hissəsinin müəyyənləşdiyini açıqlayıb

Paşinyan Laçında sərhədin bir hissəsinin müəyyənləşdiyini açıqlayıb
20.04.2023 14:22
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakının dövlət sərhəddinin Laçının Dığ kəndi yaxınlığındakı 5 km-lik mübahisəli hissəsinin bir hissəsini dəqiqləşdirdiyi açıqlayıb. Bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib. 
 
"Bu zona 1,4 kilometr azalıb, bu o deməkdir ki, oradakı sərhəd dəqiqləşdirilib, yəni həm biz, həm də Azərbaycan tərəfi 1,4 kilometrlik hissəni razılaşdırmışıq”, - Paşinyan deyib.
 
Millət vəkili Elman Nəsirov deyir ki, Ermənistanın baş naziri hər dəfə doğru olmayan fərqli bəyanatlar verir. 
 
"Paşinyan İrəvanda 2 auditoriya nəzərə alıb fərqli bəyanatlar verir. Dəfələrlə şahid olmuuq ki, gah Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib, gah da Qarabağda təxribatlara imza atır. Ermənistanın informasiya maşını dezinformasiya ixrac etməklə məşğuldur.Azərbaycanın rəsmi qurumlarının açıqlamasını gözləməliyik. Ermənistanın baş naziri minalanlanmış ərazilərin xəritəsini də verəndə bildirmişdi 100 faiz dəqiq xəritədir. Sonradan məlum oldu ki, dqəqiqlik göstəricisi 25 faizə yaxındır. Bu kifayət edir ki, Paşinyana inanmayaq", - millət vəkili söyləyib. 

Aprelin 11-də Laçının Dığ kəndi yaxınlığında iki ölkənin Ermənistan və Azərbaycanın silahlı qüvvələri arasında toqquşma baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb. Azərbaycanın isə hadisə nəticəsində 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.
 
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirməyib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol