Yunanıstanda yeni parlament seçkiləri keçiriləcək
Yunanıstan prezidenti Katerina Sakellaropulou parlamentin buraxılması və yeni parlament seçkilərinin 21 may 2023-cü ildə keçirilməsi haqqında fərman imzalayıb.
Sənəd Hökumət Qəzetində dərc olunub.
Seçkilərin nəticələrinə görə seçiləcək parlamentin yeni tərkibi iyunun 1-də parlamentarilərin andiçmə mərasiminin keçirildiyi vaxt çağırılacaq. İyunun 2-də isə onların sədri seçiləcək.
Qeyd edək ki, seçkilərin təşkilinə cavabdeh daxili işlər nazirinin səlahiyyətlərini icra edən Kalliopa Spanu olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər