• $
  • £

Azər Badamov: Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması vacib idi

Azər Badamov: Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması vacib idi
23.04.2023 20:30

"Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan–Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması vacib idi ”.

Bunu Milli Məclisin deputatı Azər Badamov açıqlamasında deyib.

Deputat qeyd edib ki, Azərbaycan müharibə meydanında düşmən ordusunu darmadağın edərək ərazi bütövlüyünü təmin edib. Amma müəyyən məsələlər qalmışdı və onlar da danışıq masası arxasında həll olunmalı idi.

Millət vəkili hesab edir ki, müharibənin bitdiyi 2,5 ildə Ermənistanla danışıqlar masasında hər hansı bir nəticənin əldə olunmadığı üçün Azərbaycan öz ərazisinin bütövlüyünü və təhlükəsizliyini təmin etməlidir:

"Bu, Azərbaycanın suveren hüququdur. Laçın-Xankəndi yolunun Ermənistana birləşən yerində DSX-nin nəzarət-buraxılış məntəqəsinin yaradılması da məqsədlərimizdən biridir və lazımlı, vacib məsələ idi. Çünki, Azərbaycan özünün suveren ərazilərini qorumalıdır. Bu beynəlxalq normaların tələbidir. Həm də yolun başlanğıcında "Siz Azərbaycanın ərazisinə daxil olursunuz. Ölkənin qanunlarına riayət etməyiniz xahiş olunur!” yazısı da qoyulmalıdır. Laçın-Xankəndi yoluna daxil olan hər kəs özünü Azərbaycanın suveren ərazisinə daxil olduğunu hiss etməlidir. Belə olmasa ermənilərin özbaşınalıqları davam edəcəkdir”.

Onun sözlərinə görə, nəzarət məntəqəsi hələ ki qanuni daşımalara və hərəkətlərə icazə verəcəkdir. Sülhməramlıların funksiyası müəyyən olunmuş ərazidə təhlükəsizliyi təmin etməkdir:

"Sülhməramlılar öz fəaliyyətlərini qanun çərçivəsində müəyyən olunmuş müddətə qədər davam etdirəcək. Ondan sonra Azərbaycan öz suveren sərhədlərini beynəlxalq normalara uyğun tənzimləyəcək”.
Deputat əlavə edib ki, Laçın –Xankəndi yolunda aksiyalar başlayana qədər Ermənistan separatçılara minalar, silah-sursat və canlı qüvvə daşıyırdı:

"Bu da 2021-ci ildə buraxılmış minaların yenidən basdırılaraq terror hadisələrinin davam etməsinə, hərbiçilər və vətəndaşlarımızın xəsarət almasına yol açırdı. Həm də 10 noyabr Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsi ilə paralel olaraq Ermənistan öz hərbiçilərini Azərbaycanın ərazilərindən çıxarmalı olduğu halda, onlar isə əksinə kontingentin sayını çoxaldaraq 10 mindən çox nəfərə çatdırdılar. Bu da Azərbaycanın ərazisi daxilində yeni hərbi gücün formlaşamasına şərait yaratmış və hər zaman təhlükə mənbəyinə çevirmişdi. Həm də yolda nəzarət olmayanda Ermənistan Qarabağdan yeraltı sərvətləri talayıb aparırdılar. Bu müddətdə sülhməramlılara, Ermənistana, Birgə Monitorinq Mərkəzinə dəfələrlə xəbərdarlıqlar olunmuşdu. Amma bütün narahatçılıqlarımız cavabsız qalırdı. Təbii ki, Ermənistanın bu özbaşınalıqlarına son qoyulmalı idi”.

Azər Badamov vurğulayıb ki, nəzarət postunun yaradılması mülkü məqsədlər üçün yoldan istifadəni məhdudlaşdırmır:
"Amma bundan sonra hərbi təyinatlı yüklərin daşınması və qeyri-qanuni fəaliyyətlərin davam etdirilməsi mümkün olmayacaq.
 
Qarabağda yaşayan ermənilər reallığı artıq qəbul etməlidirlər. Belə bir deyim var: "Gəmidə oturub kapitanla dava etmək olmaz”.
 
Qarabağdakı ermənilər də Azərbaycanın ərazilərində oturub dava aparmaq istəyir. Təbii ki, bu yolverilməzdir. Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı altına keçmək və qanunlarımızdan yararlanaraq öz gələcəklərini qurmalıdırlar. Bu proses nə qədər tez baş tutarsa, onlar separatçıların əsarətindən də bir o qədər tez xilas olunaraq müstəqil ölkənin xoşbəxt vətəndaşları olaraq yaşaya biləcəklər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol