Qarabağda Rusiya sülhməramlılarının komandanını dəyişib - Hraparak
Rusiya sülhməramlıılarının Qarabağda komandarı Aleksandr Volkov geri çağrılıb. Bu barədə Ermənistanın "Hraparak" nəşri bildirib.
"Yeni gələn komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir və Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. Yeni komandirə Qarabağda nəzarəti ələ keçirmək tapşırılıb", -nəşr yazıb.
Yaxın günlərdə yeni komandanın adının açıqlanacağı deyilir.
Andrey Volkov Qarabağda müvəqqəti yerləşən sülhməramlıların komandari kimi 2022-ci ilin yanvarından fəaliyyətə başlamışdı. 2020-ci ildən sonra sülhmramlılara təyin olunan 2-ci komandir olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox