• $
  • £

AQTA-ya yeni səlahiyyət verilib

AQTA-ya yeni səlahiyyət verilib
25.04.2023 19:51

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, "Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bu Qayda "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.11-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını müəyyən edir.

Bu Qaydaya əsasən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Bu Qaydaya əsasən Agentlik tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxalına yol verilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının ərazisinə qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları (bundan sonra – xarici səlahiyyətli qurum) xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə Agentliyə müraciət etməlidir.

Qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma zamanı istinad edilən qida və yem
məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyasına dair tələblər müəyyənləşdirən texniki normativ hüquqi aktların xarici səlahiyyətli qurumun müraciətinə uyğun olaraq hamısının, birinin və ya bir neçəsinin ekvivalentliyinin tanınması həyata keçirilə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol